Xorvatiyanın baş nazirinin müavini, maliyyə naziri Zdravko Mariş koronavirusa yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkə hökumətinin mətbuat xidmətindən bildiriblər.
Mətbuat xidmətinin məlumatında deyilir: “Baş nazirin müavini, maliyyə naziri Zdravko Mariç keçən həftənin sonunda şəxsi məsuliyyətə və ailə üzvlərindən birində koronavirus simptomlarının olmasına əsaslanaraq test verib və onun testinin nəticəsi müsbət çıxıb”.
Bildirilir ki, Z.Mariç özünü yaxşı hiss edir, onda koronavirus simptomları yoxdur. Nazirə 10 günlük təcrid təyin edilib, o, vəzifələrini evdən yerinə yetirəcək.