“Liverpul” cari mövsümdə ilk dəfə məğlub olub

İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində “Vest Hem” klubu “Liverpul”u qəbul edib.

AzerTimes-ın məlumatına görə, oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın heyətində qolları Pablo Fornals və Kurt Zuma vurublar, daha bir qol isə “Liverpul”un qapıçısı Allison Bekerin topu öz qapısına göndərməsi nəticəsində qeydə alınıb.

“Liverpul”un heyətində qolları Trent Aleksandr-Arnold və Divok Oriqi vurublar.

Qeyd edək ki, by oyunda məğlun olaraq “Liverpul” cari mövsümdə bütün turnirlər çərçivəsində ilk dəfə məğlub olub.

Teqlər: