Xorvatiyada avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var

Xorvatiyanın şimal-şərqində sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi xəbərə görə, sərnişin avtobusu qeyri-müəyyən səbəbdən yolun kənarındakı küvetə aşıb.

Məlumata əsasən, qəza nəticəsində 8 nəfər həlak olub, onlarla insan xəsarət alıb.

Bildirilir ki, Slavonski-Brod şəhəri yaxınlıında baş verən qəzadakı avtobus Şimali Makedoniyadan gəlirmiş.

Qəzanın səbəbi barədə məlumat verilmir.