Xorvatiya Finlandiya və İsveçin NATO-ya üzv olmasına veto qoya
bilər.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu barədə Xorvatiyanın prezidenti
Zoran Milanoviç bildirib.
O qeyd edib ki, bu çox gözlənilməyən bir məsələ oldu.
“Məsələ NATO-nun Zirvə görüşü səviyyəsinə qalxsa, mən bu
ölkələrin alyansa qəbul olunmasında veto hüququmdan istifadə
edəcəm”, – Z. Milanoviç bildirib.
Qeyd edək ki, NATO-nun zirvə görüşü iyunun 28-30-da Madriddə
keçiriləcək. Alyans üzv ölkələrin liderlərinin görüşünə baş katib
sədrlik edəcək.