Ukraynada avtoqəza nəticəsində 16 nəfər ölüb

Ukraynanın Rovenskaya vilayətində sərnişin avtobusu, minik
avtomobili və yanacaq daşıyan avtomobilin iştirakı ilə ağır
yol-nəqliyyat hadisəsi baş verib.

Trend yerli
KİV-ə istinadla xəbər verir ki, bu barədəd Ukrayna polisi məlumat
yayıb.

Qeyd olunur ki, toqquşma nəticəsində 16 nəfər ölüb, daha on
nəfər yaralanıb.

Qəza yerli vaxtla təxminən 19:20 radələrində baş verib. İlkin
ehtimala görə, öncə yanacaq daşıyan avtomobil beynəlxalq
sərnişindaşımaları həyata keçirən avtobusla toqquşub, toqquşmanın
gücündən yanğın başlayıb.

Hazırda hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb
olunub.

Teqlər: