Xocavənddə yük maşını aşdı, sürücü öldü

Xocavənddə yük maşını aşdı, sürücü öldü

Xocavənd rayonunda yük avtomobili aşıb, 44 yaşlı sürücü ölüb.

AzerTimes xəbər verir ki, hadisə rayonun Böyük Tağlar kəndində qeydə alınıb.

Abşeron rayon sakini Həsənov Adil Qardaşxan oğlu idarə etdiyi “Hova” markalı 99-XU-742 nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə yük avtomobili aşıb. Sürücü 1979-cu il təvəllüdlü A.Həsənov hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Teqlər: