Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad
edilmiş ərazilərdə partlayıcı vasitələrin aşkar edilərək təhvil
verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional
qrupundan AzerTimes-a
verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilmiş tədbirlər nəticəsində erməni hərbi
birləşmələrinin tərk etdiyi mövqelərdən xeyli sayda partlayıcı
vasitələr aşkar edilib.
Tapılan 146 müxtəlif növ mərmi, 5 müxtəlif növ qumbara və 415
müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil
verilib.