“Azpetrol” şirkəti “Xaliq Faiqoğlu” MMC-nin avtobus bazasinda sayca 91-ci YDM istifadəyə verdi

22 fevral tarixində “Xaliq Faiqoğlu” MMC-nin Yasamal rayonunda
yerləşən avtobus parkının ərazisində “Azpetrol Ltd” MMC tərəfindən
istifadəyə verilmiş yanacaqdoldurma məntəqəsinin rəsmi açılış
mərasimi keçirilib.

Trend xəbər verir ki, açılış mərasimində “Azpetrol Ltd” MMC-nin
baş direktoru Ceyhun Məmmədov və “Xaliq Faiqoğlu” MMC-nin baş
direktoru Faiq Seyidov ilə yanaşı bir sıra Dövlət orqanlarının və
özəl müəssizələrin rəsmi nümayəndələri də iştirak edib.

Yeni yanacaqdoldurma məntəqəsinin avtobus parkının ərazində inşa
edilməsində məqsəd “Xaliq Faiqoğlu” MMC-ə məxsus avtobusların dizel
yanacağına olan tələbatını ödəməkdən ibarətdir. Məntəqədə iki
yanacaq pompası quraşdırılıb. İstifadəyə verilən yeni yanacaq
doldurma məntəqəsi əlavə doqquz yeni iş yerinin yaranmasına şərait
yaradıb.

Bundan başqa “Xaliq Faiqoğlu” şirkətinin STQ (sıxılmış təbii
qaz) ilə işləyən avtobusları “Azpetrol” şirkətinin terminalından
STQ ilə təmin olunacaqlar.

Azpetrol – Daim inkişafa doğru!

Teqlər: