Xocavənddə silah-sursat aşkarlanıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad
edilmiş ərazilərdə silah, döyüş sursatları və partlayıcı
vasitələrin aşkar olunaraq təhvil verilməsi istiqamətində intensiv
tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional
qrupundan Trend-ə verilən məlumata görə, Laçın Rayon Polis
Şöbəsinin əməkdaşları Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində
xidmət apararkən erməni hərbi birləşmələrinin tərk etdikləri
mövqelərdən 4 pulemyot, 3 qumbaraatan, 1 tank əleyhinə idarə olunan
raket, 40 daraq, 3500 müxtəlif çaplı patronlar və digər sursatlar
aşkar edərək götürüb və aidiyyəti üzrə təhvil veriblər

Teqlər: