Xocavənddə partlayış: çoban öldü

Xocavənddə partlayış: çoban öldü

Xocavənd rayonu ərazisində sursat partlayışı nəticəsində bir nəfər ölüb.

DİN-in Mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, hadisə bu gün axşam saatlarında rayonun Ağburun qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə heyvan otaran 1971-ci il təvəllüdlü Elşən Hümbətov yerdən partlayıcı sursat tapıb. Həmin sursat E.Hümbətovun əlində partlayıb. Hadisə nəticəsində E. Hümbətov hadisə yerində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

Araşdırma aparılır.

Teqlər: