Xocavənddə minalı ərazidəki yanğın belə söndürüldü – Video

Xocavənddə minalı ərazidəki yanğın belə söndürüldü – Video

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xocavənd rayonunun Günəşli kəndi istiqamətində mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazidə baş vermiş yanğın söndürülüb.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, ətraf ərazilər, o cümlədən kommunikasiya xətləri yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri iştirak edib.

Teqlər: