Xocavənddə fəhlələri daşıyan maşın aşdı: 8 nəfər yaralandı

Xocavənddə fəhlələri daşıyan maşın aşdı: 8 nəfər yaralandı

Xocavənd rayon Cəmiyyət kəndi ərazisində fəhlə daşıyan avtomobil aşıb, 8 nəfər yaralanıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan AzerTimes-a bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar xəstəxanaya çatdırılıb, onların arasında həyatını itirən yoxdur.

Araşdırma aparılır.

Teqlər: