Xocalıya ilk qədəm qoyanlardan biri də o idi… – Video

Xocalıya ilk qədəm qoyanlardan biri də o idi… – Video

Hərbi qulluqçumuz Əkrəm Yunis oğlu Şadmanov ordumuza məxsus “KamAZ” markalı yük maşınının minaya düşməsi nəticəsində şəhid olub.

AzerTimes Bizim.media-ya istinadən xəbər verir ki, Əkrəm Şadmanov 1984-cü ildə Kəlbəcər rayonunda anadan olub.

Rütbəcə polkovnik-leytenant olan Şadmanov “N” saylı hərbi hissənin qərargah rəisi olub. Şəhid hərbçimiz İkinci Qarabağ müharibəsində, lokal antiterror tədbirlərində fəal iştirak edib.

Onun Xocalıya ilk qədəm qoyan hərbçilərimizdən biri olduğu qeyd edilir.

Teqlər: