Xocalıda Şəhidlər xiyabanı salınır

Xocalıda Şəhidlər xiyabanı salınır

Xocalı şəhərində Şəhidlər xiyabanı salınır.

AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin cənazəsi yaxın günlərdə Xocalıya aparılacaq və orada dəfn olunacaq:

“Xocalı şəhərində Şəhidlər xiyabanı salınır. Həmin 7 nəfərin cənazəsi xiyabanda torpağa tapşırılaıcaq”.

Teqlər: