Xəbər - Humay Ağacanova – Trend:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı faciəsi
ilə bağlı paylaşım edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN başçısının “Twitter” hesabında bildirilib.
“30 il əvvəl Xocalıda dünyanın gözü qarşısında baş verən
vəhşiliyi unutmadıq və unudulmasına da imkan verməyəcəyik!
Azərbaycanın kədəri bizim kədərimizdir” – deyə paylaşımda qeyd
olunub.