Çexiyada hava limanları və vağzalların təhlükəsizliyi gücləndirilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Çexiya ərazisində hava limanları, dəmiryol və avtobus
vağzallarının təhlükəsizlikləri gücləndirilib.

Trend-in
məlumatına görə, bu barədə ölkə polisinin mətbuat xidməti
bildirib.

Qeyd olunur ki, qərar Ukraynada davam edən hərbi əməliyyatlarla
əlaqədar qəbul edilib.

Ölkə ərazisində qeyd olunan məkanlarla yanaşı, insanların
kütləvi toplaşdığı bölgələrdə polis patrullarının sayı
artırılacaq.