Xocalıda bütün məktəblər dağıdılıb – Nazir müavini

Xəbər - Humay Ağacanova – Trend:

Xocalıda işğaldan əvvəl 14 məktəb fəaliyyət göstərirdi,
ermənilər hamısını dağıdıb.

AzerTimes-ın məlumatına görə, bunu təhsil nazirinin müavini Firudin
Qurbanov deyib.

“Təəssüflər olsun ki, Xocalıda bütün infrastruktur dağıdılıb.
Qəbiristanlıqda olan abidələr, tarixi abidələrimiz dağıdılıb. Bütün
bunlar ermənilərin iç üzünü, niyyətini göstərir” – deyə nazir
müavini bildirib.

Teqlər: