“Span Azərbaycan”a yeni baş menecer təyin olunub

Eldar Cahangirov Xorvatiyanın İT şirkəti “Span”ın Azərbaycan
üzrə yeni baş meneceri vəzifəsinə təyin edilib. O, biznesin idarə
edilməsi üzrə uzunillik təcrübəyə malikdir və bu təyinata qədər
ölkənin bir çox aparıcı İT və telekommunikasiya şirkətlərində
(“Microsoft”, “Mastercard”, “Azercell Telecom” MMC, “Nar”
(Azerfon), SAP və s.) rəhbər vəzifələrdə çalışıb.

Trend xəbər verir ki, E.Cahangirov son iki il ərzində əsasən
daxili biznes axınının optimallaşdırılması, KPI sistemi, biznes
hesabatı mexanizminin qurulması və inteqrasiyası, rəqəmsal
konsepsiya sənədləri üzrə məsləhətçi kimi fəaliyyət göstərib.
Biznesin inkişafı, satış nailiyyətləri, müştəri diqqəti, yüksək
etik standartlar üzrə bacarıqları vurğulayan çoxsaylı beynəlxalq
mükafatlar sahibidir.

Bu arada qeyd edək ki, 23 fevral 2022-ci il tarixində saat
12:00-da “İstifadəçilərinizi, cihazlarınızı və məlumatlarınızı
buludda necə qorumaq olar?” mövzusunda keçirilən vebinarı da məhz
yeni baş menecer Eldar Cahangirov açıq elan edəcək. Vebinarda
iştirak etmək istəyənlər bura daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Altı qitədə 1200-dən çox müştəriyə xidmət edən Xorvatiyanın İT
şirkəti Span iri müəssisə və biznes nümayəndələri üçün informasiya
sistemlərinin layihələndirilməsi və tətbiqi xidmətləri, həmçinin
texniki dəstək üzrə ixtisaslaşıb. Biznesin rəqəmsal
transformasiyası sahəsində 28 ildən çox beynəlxalq təcrübəyə malik
olan Span etibarlı və dəyərli İT tərəfdaşıdır. Hazırda Span
Group-da 500-dən artıq mütəxəssis çalışır.

Teqlər: