Xocalıda baş verənlər birinci Qarabağ müharibəsinin ən böyük və qorxunc kütləvi qırğını olub – “Nezavisimaya qazeta”

Hər il fevralın 26-da dünyanın müxtəlif ölkələrində 1992-ci ildə
Qarabağda gedən birinci müharibə zamanı baş vermiş Xocalı şəhərinin
faciəsi anılır.

Trend-in
məlumatına görə, bu barədə “Nezavisimaya qazeta”da dərc olunan
məqalədə deyilir.

“O zaman erməni qüvvələri bu Azərbaycan yaşayış məntəqəsini ələ
keçirdi və əməliyyatın nəticəsi qaçmağa çalışan yüzlərlə dinc
sakinin ölümü oldu. O faciəli hadisələr haqqında çoxlu kitablar
yazılıb, filmlər çəkilib, lakin bütün bunlar qanlı tarixin keçmişdə
qaldığını, yaşandığını deməyə imkan vermir. Birinci Qarabağ
müharibəsi zamanı baş verən Xocalı faciəsi 30 ildən sonra da
xatırlanır. O zamad Azərbaycan ordusunun müdafiəsi üçün strateji
əhəmiyyətə malik olan şəhər bir neçə günlük artilleriya
hazırlığından sonra fevralın 26-da erməni silahlı birləşmələri
tərəfindən ələ keçirilib. Son günə kimi dinc sakinlər Xocalıda
qalmışdı, onların bəziləri təhlükəli yeri tərk etməyə çalışsalar
da, hər şey faciə ilə başa çatdı. Hücum başlayandan sonra Xocalı
sakinləri Ağdama doğru istiqamət götürərək şəhəri tərk etməyə
çalışsalar da, yolda dəfələrlə hücuma məruz qaldılar”, – məqalədə
deyilir.

Məqalədə bildirilir, qadınlar, qocalar və uşaqlar bir neçə atəş
altına düşüb və hücumlara məruz qalıb.

“Müxtəlif növ silahlardan qətlə yetirilənlərdən başqa, onlarla
dinc sakin, xüsusilə qadın və uşaqlar meşələrdə donaraq ölüb.
Mindən çox sakin əsir düşüb. Ekspertlərin məlumatlarına əsasən,
hadisədən sonra dörd gün ərzində Ağdama 200 meyit gətirilib,
ümumilikdə isə Xocalı faciəsi zamanı 613 nəfər, o cümlədən 63 uşaq,
70 qoca, 106 qadın həlak olub Baş verənlər birinci Qarabağ
müharibəsi dövrünün ən iri və qorxunc kütləvi qırğın olub. Ən
dəhşətlisi isə o idi ki, şahidlər meyitlərin üzərində güllə və
qəlpə yarası olmayan, qəsdən törədilən xəsarətlər görüb. Dinc
sakinlər, o cümlədən qocalar və uşaqlar heç bir bəraəti olmayan
mənasız qırğının qurbanı olub”, – məqalədə deyilir.

Teqlər: