Xocalı soyqırımında azərbaycanlıları təxliyə edən ukraynalı pilot vəfat edib

Xocalı soyqırımı zamanı azərbaycanlıları təxliyə etmiş ukraynalı
pilot Leonid Kravets dünyasını dəyişib.

Trend xəbər
verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun
(UABD) sədri Hikmət Cavadov “Facebook” səhifəsində paylaşım
edib.

“Bir saat öncə çox ağır və üzücü xəbər aldım. Əziz dostum Leonid
Kravets uzun sürən xəstəlikdən sonra gözlərini əbədi olaraq yumdu.
Xocalı qətliamının dəhşətlərinin Azərbaycan tərəfindən videolentə
alınmasında, Xocalıdan mülki əhalinin təxliyə olunmasında müstəsna
rolu olan qəhrəman pilot. Leonid Kravetsin Qarabağ həqiqətlərinin
dünyaya yayılmasında böyük rolu oldu və buna görə də biz hər zaman
Leonid Markoviçə minnətdar olacağıq”,- deyə Hikmət Cavadov qeyd
edib.

Teqlər: