Xocalı soyqırımı ilə bağlı zamanında mühüm qərarlar qəbul olunsaydı, sonrakı periodda qanlı əməllər baş verməzdi – Politoloq

Buça hadisələrinə görə Rusiyanın BMT-nin İnsan Hüquqları
Şurasındakı üzvlüyünün dayandırılması ilə bağlı qərar qəbul
olunması onu deməyə əsas verir ki, dünya birliyi, geniş auditoriya
insanlıq əleyhinə və bəşəriyyəti narahat edən məsələ ilə bağlı
yekdil fikrə gəlir. Eyni zamanda, nəzərə almaq lazımdır ki,
Azərbaycan tərəfi də terrordan əziyyət çəkən dövlətdir və müxtəlif
vaxtlarda Ermənistan radikallarının xalqımıza qarşı qanlı terror
faəlliyyəti müşahidə olunub.

Bu barədə Trend-in suallarını cavablandırarkən politoloq
İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, 1918-ci ildə dünya azərbaycanlılarına qarşı
soyqırımı təşkil olunub, eyni zamanda, 20-ci əsrin sonrlarında
erməni seperatçıları genişmiqyaslı terror, vandalizm aktlarına imza
atıblar.

“Xocalı faciəsi, Ağdaban, Başlıbel, Kərkicahan və digər
ərazilərdə törədilən qanlı əməllər Ermənistanı da beynəlxalq
səviyyədə təcrid etməyə imkan yaradırdı. Lakin ikili standartlar və
qərəzli münasibətlərlə yanaşı, Ermənistana havadarlıq edən qüvvələr
onu beynəlxalq səviyyədə təcrid etmək imkanını məhdudlaşdırırdı.
Digər tərəfdən, Azərbaycan diplomatiyası erməni terrorunun ifşa
olunması istiqamətində 30 ilə yaxın fəaliyyət göstərib və erməni
işğalı ilə bağlı mühim qərar və qətnamələr qəbul edilib. 2020-ci il
Vətən müharibəsi dövründə də Ermənistan döyüş bölgəsindən uzaqda
olan Gəncə və Bərdədə terror həyata keçirib, Tərtərə raket və
mərmilər endirib. Lakin Ermənistana qarşı beynəlxalq miqaysda hər
hansısa tədbir həyata keçirilmədi və buna çağırış da edilmədi.
Zamanında Xocalı soyqırımı ilə bağlı mühüm qərarlar qəbul
olunsaydı, ondan sonrakı periodda qanlı əməllər də baş verməzdi”, –
deyə politoloq qeyd edib.

Teqlər: