Xocalı soyqırımı Ermənistanın irqçi siyasətinin bariz nümunəsidir – Ceyhun Bayramov

Xəbər - Humay Ağacanova – Trend:

Xocalıda insanların qətlə yetirilməsinin yeganə səbəbi onların
azərbaycanlı olması idi. Bu, Ermənistan tərəfindən aparılan irqçi
siyasətin bariz nümunəsidir.


Trend
-in məlumatına görə, bunu xariic işlər naziri Ceyhun
Bayramov Xocalı soyqrımının 30-cu ildönümü ilə bağlı konfransda
deyib.

O qeyd edib ki, Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən
Xocalı soyqırımının hər tərəfli araşdırılması istintaq tədbirləri
zamanı bunun soyqırım olması sübuta yetirilib.

“Hazırki dövrə qədər 17 dövlətin milli qanunvericilik orqanı və
Amerika Birləşmiş Ştatlarının 23 ştatı bu soyqırımını kəskin
şəkildə psiləyərk müvafiq qərar və qətnamələr qəbul edib. Əfsuslar
olsun ki, bütün bunlara baxmayaraq, bu günə qədər bu cinayəti
törədənlər ədalət məhkəməsi qarşısında cavab verməyib'”, – deyə o
bildirib.

Teqlər: