Kiyevdə hava həyəcanı elan edilib

Fevralın 25-də səhər saatlarında Kiyevdə hava həyəcanı elan
edilib.

Trend-in
məlumatına görə, bu barədə Kiyev şəhər administrasiyası
bildirib.

Sakinlərin sığınacaqlarda gizlənməsi tapşırılıb. Qeyd olunur ki,
Kiyevdə müxtəlif istiqamətlərdə partlayış səsi eşidilir.

Bundan əvvəl Ukrayna daxili işlər nazirinin müşaviri Anton
Geraşenko Rusiya qoşunlarının fevralın 25-də Kiyevə hücum etməyə
planlaşdırdığını bildirmişdi.