Xəbər - Samir Əli – Trend:
Xocalı faciəsini törədənlərə qarşı Azərbaycan istintaq orqanları tədbirləri davam etdirir.
AzerTimes-ın məlumatına görə, bunu İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva deyib.
Onun sözlərinə görə, bununla bağlı müvafiq cinayət işlərinin istintaqı davam etdirilir:
“Azərbaycanın istintaq orqanları Ermənistanın həm hərbi, həm siyasi rəhbərləri barədə cinayət işi qaldırıb. Proses davam edir. Xocalı sakinlərinə dəymiş ziyanla bağlı kompensasiyaların verilməsi ilə bağlı işlər görülür”