BŞTİ vətəndaşları video formatda qəbul edəcək

Salam. Hörmətli həmkarlar,

Zəhmət olmasa, bu məlumatın təmsil etdiyiniz KİV-də yayımlanmasına köməklik göstərəsiniz.

Öncədən təşəkkür edirik.

26.02.2021 Bakı şəhəri

Xəbər - İlhamə İsabalayeva – Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 26 fevral tarixindən etibarən vətəndaş qəbulu prosesi videoqəbul formatında həyata keçiriləcək.

İdarədən AzerTimes-a verilən məlumata görə, videoqəbulların təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesini səmərəli təşkil etmək, vətəndaşların BŞTİ-yə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə ilə genişləndirmək və onları maraqlandıran məsələlərə aydınlıq gətirməkdən ibarətdir.

Videoqəbulda iştirak etmək istəyən vətəndaşlar qəbul günləri haqqında Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna və ya (012) 599-12-22 nömrəli telefona zəng etməklə məlumat ala bilərlər.

Qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Videoqəbullarda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılacaq.

Teqlər: