Xocalı qırğını Qarabağ müharibəsinin başlıca faciəsidir – Rusiya nəşri

Bu il Xocalı faciəsinin, Qarabağ müharibəsi zamanı erməni
qoşunlarının Azərbaycanın Xocalı şəhərini ələ keçirməsindən sonra
dinc sakinlərin kütləvi qırğınının 30 ili tamam olur.

Trend-in
məlumatına görə, bu barədə Rusiyanın ictimai-siyasi “Svobodnaya
Pressa” internet nəşrində dərc olunan materialda deyilir.

“Bütün bu illər ərazində Azərbaycan sakinlərinin qəlbində qanlı
yara kimi qalır, rəsmi Bakı tərəfindən soyqırım adlandırılır (bu,
bir çox ölkələr tərəfindən də qəbul edilib) və şübhəsiz ki,
Qarabağa münaqişəsinin ən kədərli səhifələrindən biri hesab olunur.
1992-ci ilin fevralında erməni qoşunları tərəfindən mühasirədə olan
Xocalı şəhəri əhalinin təxliyəsi başladı”, – materialda
bildirilir.

Məqalədə qeyd olunur ki, 1992-ci ilin fevralın 25-dən 26-na
keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca piyada dəstələr
şəhərə daxil oldu və səhər saatlarınnda şəhərin müdafiəçilərinin
müqavimətini qıra bildilər.

“Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca,
106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü. 487 nəfər
müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1275 insan əsir və girov
götürülərək işgəncələrə məruz qaldı, onlardan 150 nəfərin taleyi bu
günədək məlum deyil. Hüquq müdafiəçilərinin məlumatlarına əsaəsn,
hadisədən sonra dörd gün ərzində Ağdama 200 meyit gətirilib. “Human
Rights Watch” təşkilatı qeyd edib ki, sakinlərin bir hissəsi
şəhərdən qaçarkən erməni postları ilə üzləşdikdən sonra
güllələnib”, – məqalədə deyilir.

Nəşr həmçinin Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın
Britaniya jurnalisti Tomas de Vaala müsahibəsini xatırladıb. Qeyd
olunur ki, o, məğzi tamamilə aydın olan açıqlama verib: “Xocalıdan
qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl
qaldıra bilməyən xalqdırlar. Biz bu stereotipi sındırdıq”.

Məqalədə vurğulanır ki, Yerevan bugünədək 1992-ci il fevral
hadisələrinin araşdırılması üçün heç bir cəhd etməyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: