Xocalı qatilləri tezliklə qanun qarşısında cavab verəcək – Xüsusi İstintaq şöbəsinin rəisi (VİDEO)

Ermənilər 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində
Azərbaycan xalqına qarşı misli görünməmiş hərbi cinayətlər,
soyqırımlar, terror aktları həyata keçirib. Bunların ən dəhşətlisi
Xocalı faciəsidir.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif
videolayihəsinə açıqlamasında Respublika Hərbi Prokurorluğunun
Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev bildirib.

E.Tağıyev qeyd edib ki, xalqımıza qarşı törədilmiş dəhşətli
soyqırımlarla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib
və müəyyən qədər də olsa, cinyətkarlar tutularaq məhkəmə qarşısına
çıxarılıb.

“Azərbaycan xalqına qarşı amansız cinayətlər törədən, müharibə
cinayətləri həyata keçirən onlarla erməni terrorçusu barədə
beynəlxalq axtarışlar verilib. Lakin müəyyən səbəblərdən onların
tutularaq cəzalandırılması mümkün olmayıb. Amma biz tam əminik ki,
Azərbaycan dövlətinin uzun illərdir bu istiqamətdə apardığı işlər
müsbət nəticə verəcək. Biz inanırıq ki, Xocalı qatilləri tez bir
zamanda saxlanılacaq və Serj Sarkisyan, Robert Köçəryan və digər
qatı cinayətkarlar qanun qarşısında cavab verəcək.

Həm də ötən illər ərzində Prezident İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva, xüsusilə də Heydər Əliyev Fondu erməni faşizminin
ifşa edilməsi, Azərbaycan həqiqətlərinin dünyaya yayılması,
Xocalıya ədalət tələb edilməsi, Ermənistanın soyqırım
cinayətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqqamətində
müstəsna xidmətlər göstərib. Hesab edirəm ki, bu fəaliyyətin də
nəticəsi böyük olub və cinayətkarların tutularaq cəzalandırılması
işində ciddi əhəmiyyət daşıyır”, – deyə E.Tağıyev əlavə edib.

Xüsusi İstintaq Şöbəsinin rəisi Emil Tağıyevlə geniş müsahibənin
videovariantını təqdim edirik.

Teqlər: