Xocalı, Daşkəsən və Tovuza yeni prokurorlar təyin olunub

Xocalı, Daşkəsən və Tovuz rayonlarına yeni prokurorlar təyin
edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab
olaraq bildirilib ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev
əmrlər imzalayıb.

Xocalı rayon Prokuror Şahin İmanov tutduğu vəzifədən azad
olunaraq Daşkəsənə prokuror təyin edilib. Daşkəsən rayon prokuroru
Maarif Hüseynov isə tutduğu vəzidən azad olunaraq Tovuz rayon
prokuroru təyin olunub.

Baş Prokurorun digər əmri ilə Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi
Əvəz Əliyev Xocalı rayon prokuroru təyin edilib.

Teqlər: