Xızıda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Xəbər - Samir Əli – Trend:

Xızı rayonunda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan AzerTimes-a verilən məlumata görə, Şakir Şıxaliyev COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq onun yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Polis əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı evə geri qaytarılıb.

Ş.Şıxaliyev barəsində Xızı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Twitter: @GuleliyevSamir

Teqlər: