Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı
rayonunun ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil
olub.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Məlumatla əlaqədar
hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin
(XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə
müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə
baxış zamanı aşkar edilmiş sursatların 122 mm-lik BM-21 “Qrad”
reaktiv mərmisinin hissələri olduğu müəyyən edilib.
Mərminin XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.