Xırdalanda yerə düşən yüksəkgərginlikli xətt bərpa edildi

Xırdalanda yerə düşən yüksəkgərginlikli xətt bərpa edildi

“Azərişıq” əməkdaşlarının operativ müdaxiləsi nəticəsində Abşeron rayon Xırdalan şəhəri ərazisində qırılıb yerə düşmüş 0,4 KV-luq ÖİN xətt qısa zamanda bərpa edilib.

Bu barədə AzerTimes-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada deyilir ki, hazırda ölkənin digər regionlarında olduğu kimi Abşeronda da elektrik enerjisi verilişi tam təmin edilib.

Qeyd edək ki, ötən gün axşam 22:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 0,4 KV-luq ÖİN xətt qırılaraq yola düşüb.

Teqlər: