Xırdalanda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə olunub

Abşeron rayonunun Xırdalan şəhərində doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin yeddinci mərtəbəsində yığılan məişət tullantıları 3 m² sahədə yanıb.

Fövqəladə Hallar nazirliyindən AzerTimes-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.


Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: