Xırdalanda külək məktəbin damını uçurub, xəsarət alan olmayıb – Təhsil Şöbəsi (VİDEO)

Abşeron rayonu, Xırdalan şəhərində güclü külək məktəbdə fəsad
törədib.

Trend-in məlumatına görə, külək nəticəsində
Xırdalan 9 nömrəli tam orta məktəbin damı uçub.

Abşeron Rayon Təhsil Şöbəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki
əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta
məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə nəticəsində xəsarət
alan olmayıb.

“Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri
həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən
qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq”, – deyə əlavə
olunub.

Teqlər: