XİN Ukraynanı tərk edən Azərbaycan vətəndaşlarının sayını açıqladı

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan
vətəndaşlarının qonşu ölkələrdən Moldova Respublikası, Polşa
Respublikası, Slovakiya Respublikası, Macarıstan, habelə Rumıniya
ərazisinə keçidi davam edir.

Bu barədə AzerTimes-a Xarici İşlər Nazirliyindən bildirilib.

Xatırladırıq ki, sözügedən dövlətlərlə əldə edilmiş razılıq
əsasında Azərbaycan vətəndaşlarının tranzit keçidi üçün viza tələbi
müvəqqəti olaraq qaldırılıb, vətəndaşlar tərəfindən yalnız səyahət
sənədi təqdim edilir, Covid-19 pasportu və PCR testinin neqativ
nəticəsi mütləq şəkildə tələb edilmir.

Ukraynada hərbi əməliyyatların başlanmasından bu günədək quru
yolla qonşu ölkəkərdən Moldova Respublikasına 950 nəfər
vətəndaşımız, Polşa Respublikasına 447 nəfər vətəndaşımız,
Macarıstana 17 nəfər vətəndaşımız, Rumıniyaya 200 nəfər
vətəndaşımız, Slovakiya Respublikasına isə 13 nəfər vətəndaşımız
daxil olub.

Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımıza hərbi
obyektlərdən kənar olmalarını, evdə və ya təhlükəsiz yerdə
qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edirik.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan
Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000
telefon xətti və [email protected] elektron poçt ünvanı,
Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon
xətti və [email protected] elektron poçt ünvanı ilə
məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat
vətəndaşlarımıza təqdim ediləcəkdir.

Teqlər: