XİN: Türkiyə ilə müttəfiqlik uğurla davam edir

XİN: Türkiyə ilə müttəfiqlik uğurla davam edir

2022-ci ildə Azərbaycanla Türkiyə arasında genişmiqyaslı müttəfiqlik münasibətləri uğurla davam edib.

AzerTimes xəbərinə görə, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair məlumatında yer alıb.

“2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə Prezidentləri arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi hər iki ölkənin Parlamentləri tərəfindən ratifikasiya olunaraq, cari ilin fevral ayında qanun kimi qüvvəyə minib. Saziş Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişafı üçün zəmin yaradıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 26-29 may 2022-ci il tarixində Bakıda keçirilmiş “Teknofest Azərbaycan” festivalında və 20 oktyabr 2022-ci il tarixində Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin isə 10 mart 2022-ci il tarixində Ankaraya işgüzar səfəri, 14 may 2022-ci ildə Rize-Artvin Hava Limanının və 9 avqust 2022-ci ildə Konya şəhərində keçirilən İslam Həmrəylik Oyunlarının açılış mərasimində iştirakı xüsusilə qeyd olunmalıdır. Bundan əlavə, 4 noyabr 2022-ci ildə Bakıda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib”, – XİN-dən bildirilib.

Teqlər: