XİN-ə işə qəbul üçün keçirilən sınaq imtahanının nəticələri açıqlanıb

Xəbər - Humay Ağacanova – Trend:

Dövlət İmtahan Mərkəzi (DIM) dekabrın 26-da Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

DİM-dən AzerTimes-a verilən məlumata görə, hər bir iştirakçı qurumun internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Namizədlər imtahan nəticələri barədə məlumatı iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.


Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 199 nəfərdən 14 nəfər imtahana gəlməyib.

Teqlər: