Xidmət rəisi “Qızılbulaq” və “Dəmirli” qızıl yataqları barədə: Məsələyə baxılacaq

Xəbər - İlhamə İsabalayeva -Trend:

Sülhməramlıların nəzarətindəki ərazilərdə yerləşən “Qızılbulaq” və “Dəmirli” qızıl yataqlarının istismarını hansı dövlətin həyata keçirməsi barədə məsələyə baxılacaq.

AzerTimes-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

Onun sözlərinə görə, bu məsələ barədə hələlik heç bir qərar yoxdur. Amma gələcəkdə bu məsələyə baxılacaq.

Teqlər: