“Xiaomi” video çəkən “ağıllı eynək”ləri təqdim etdi

“Xiaomi” video çəkən “ağıllı eynək”ləri təqdim etdi

“Xiaomi şirkəti “Mijia Qlasses Kamera” ağıllı eynəklərini təqdim edib.

AzerTimes xəbər verir ki, bu barədə “İTHome” portalı məlumat yayıb.

“Eynək təsvirin elektron sabitləşməsinə malik 50 meqapiksellik geniş bucaqlı kamera, həmçinin 5x zumlu 8 meqapiksellik periskop telefoto obyektivlə təchiz edilib. Cihaz 100 dəqiqə fasiləsiz video çəkiliş qabiliyyətinə malikdir”, – məlumatda bildirilir.

Qeyd edilib ki, eynək səkkiz nüvəli prosessor, 3 GB RAM və 32 GB daxili yaddaşla təmin edilib. Eynək bir sıra dillərdən avtomatik tərcümə də edir. Batareya tutumu 1020 mAh-dır.

Pərakəndə satış qiyməti təxminən 400 dollar olacaq.

Teqlər: