Xəzər dənizində 3,2 maqnitudada zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika
Seysmoloji Xidmət Mərkəzindən AzerTimes-a bildirilib ki, yeraltı
təkanlar yerli vaxtla saat 21:47-də qeydə alınıb.
Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.