Xəzərdə üzən gəmilərə xəbərdarlıq edilib

Mayın 23-ü axşam, 24-də şimal-qərb küləyinin 15-20 m/s, arabir
23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək
güclənəcəyi gözlənilir.

Bununla əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə
üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.

Bu barədə Trend-ə ASCO-dan məlumat verilib.

Bildirilib ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə
qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd
edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.
Xəbrdarlıqda həmçinin qeyd olunub ki, səfərə çıxacaq və dənizdə
hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq
sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar. Külək
gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin
kapitanlarına tapşırılıb ki, gəmilərin təhlükəsiz dayanmalarını
təmin etsinlər.

Teqlər: