Xəzərdə 46 yaşlı kişi batdı

Xəzərdə 46 yaşlı kişi batdı

Xəzər dənizində 46 yaşlı kişi batıb.

Bu barədə AzerTimes Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1976-cı il təvəllüdlü Taleh İbad oğlu İbişovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Teqlər: