Xəzər TV-nin “Güneyə salam”ı gündəm oldu – Video

Xəzər TV-nin “Güneyə salam”ı gündəm oldu – Video

“Xəzər Xəbər”in aparıcısı Nigar Mahmudova maraqlı addımı ilə diqqət çəkib.

AzerTimes xəbər verir ki, aparıcı efir başlayarkən Güney azərbaycanlıları da salamlayıb:

“O taylı, bu taylı Azərbaycan, axşamınız xeyir. Artıq Cənubi Azərbaycanı da salamlayırıq. İranın xətrinə dəyməmək üçün əvvəl “Cənubi Azərbaycan”, “Cənubi azərbaycanlılar” ifadələrini işlətmirdik, “İranda yaşayan Azərbaycan türkləri” deyirdik. Amma molla rejimi bizə qarşı o qədər təxribat etdi ki, biz də hər şeyi öz adı ilə adlandırmalıyıq”.

Aparıcının Cənubi Azərbaycanla bağlı bu çıxışı sosial şəbəkələrdə yayılaraq böyük səs-küyə səbəb olub.

Sözügedən videonu aparıcı Ulvira Qarayeva sosial şəbəkə hesabında yayıb.

Teqlər: