Xəzər rayonunda Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tibbi aksiya keçirib (FOTO)

27.04.2022-ci il tarixində Xəzər rayonunun Mərdəkan
qəsəbəsində yerləşən Xəzər Tibb Mərkəzinin qarşısında akademik
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar
Klinikası tibbi aksiya keçirib.

Saat 09.00-dan axşam saat 17-00-dək davam edən aksiya zamanı
Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin və
aztəminatlı rayon sakinlərinin müayinəsi aparılmışdır.

Müasir diaqnostik avadanlıqla təchiz edilmiş səyyar avtobusda
müayinə, əməliyyata hazırlıq və texniki otaqlar yerləşir.

Təmənnasız keçirilən humanitar aksiyanın məqsədi operativ
şəkildə vətəndaşları müayinə və müalicə etmək, göz xəstəlikləri ilə
bağlı monitorinqlər aparmaqdır.

Aksiya zamanı ümumilikdə 100 nəfərdən çox vətəndaş müayiyinə
olunmuşdur. Gözlərində ciddi problem aşkarlanan pasiyentlərə isə
Milli Oftalmologiya Mərkəzinə müraciət etmələri tövsiyə
edilmişdir.

Teqlər: