Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon İcra
Hakimiyyətinin təşkilatçılığı ilə 21 may 2022-ci il tarixində
təmizlik və abadlıqla bağlı bütün qəsəbələr əhatə olunmaqla
genişmiqyaslı ümumrayon iməcliyi keçirilib.
Səhər saatlarından başlanan iməcilik zamanı Xəzər rayonunda
prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı
işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət
yerlərində oturacaqların yuyulması həyata keçirilmişdir.
İməcilikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai
iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus
dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və
digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və
vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman
yaradılması işlərində fəallıq göstəriblər.
Həmçinin, idarə, müəssisə və təşkilatların, xüsusilə təhsil və
səhiyyə müəssisələrinin kollektivləri, şagirdləri də bu iməcilikdə
yaxından iştirak ediblər.
İməcilik zamanı yeni yaşıllıq zolaqları və parklarda qazon
örtüyünün yenilənməsi, ağacların suvarılması, ağac və kollarda
yaşıl budamanın aparılması işləri görülmüş, ərazilər ətraf mühit,
insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen
tullantılarından təmizlənmişdir. Toplanan məişət tullantıları
müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınmış. Xüsusi
ehtiyac olan yerlərə və yol kənarlarına gül kolları əkilmişdir.