Xəzər rayonunda qəzada ölən piyadanın şəxsiyyəti araşdırılır – FOTO

Xəbər - Samir Əli – Trend:

Bak-Mərdəkan şosesinin Binə qəsəbəsi ərazisindən keçən hissəsində “Vaz 21015” markalı şəxsiyyəti istintaqa məlum olan avtomobilin sürücüsü yolu keçən 45-50 yaşlarında kişini vurub. Hadisə zamanı piyada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı piyadanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.


Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinə və 3-cü Polis Bölməsinə (012) – 590-72- 03, (012)- 456-03-02, (055) – 359-21-35 və (050) – 717- 07- 67 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Teqlər: