Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Xəzər
rayonunda şəhid ailələri mütəmadi olaraq ziyarət edilir, onların
qayğıları ilə maraqlanılır, şəhid ailələrinə daim diqqət və qayğı
ilə yanaşılır və mövcud problemlərinin aradan qaldırılması üçün
mütəmadi olaraq tədbirlər həyata keçirilir.
“8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə Xəzər rayonunda
şəhid ailələri ziyarət olunub.
Xəzər Rayon İcra Hakimiyyəti və “Gazelli Group” şirkətinin birgə
təşkilatçılığı ilə Xəzər rayon könüllü gəncləri tərəfindən
ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına
şəhid olmuş döyüşçülərin ailələri ziyarət edilib, “8
Mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə bayram hədiyyələri
təqdim olunub.
Keçirilən görüşlərdə Dövlətimiz tərəfindən şəhidlərimizin
xatirəsinin hər zaman uca tutulduğu qeyd edilib, şəhid ailələrinin
qayğı və istəkləri ilə maraqlanılıb.