Xəzər dənizində növbəti monitorinqlərə başlanıldı

Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan
elmi-tədqiqat gəmisi Xəzər dənizində növbəti monitorinqlərin
aparılması üçün bu gün, aprelin 1-də yenidən dənizə çıxıb.

Trend xəbər
verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən
1-10 aprel tarixlərində dənizdə kompleks tədqiqatlar aparılacaq.
Bunu ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji
Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, ekspedisiyanın məqsədi Xəzər dənizinə və onun
ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji
vəziyyətin qiymətləndirilməsidir.

“Monitorinqlər Xəzər dənizindəki neft-qaz yataqlarında
keçiriləcək, 16 məntəqə üzrə su, qrunt, dib çöküntüləri,
zooplankton, bentos və hava nümunələri götürüləcək, dəniz üzərində
atmosfer havasının çirklənmə vəziyyəti öyrəniləcək,
hidrometeoroloji ölçmələr aparılacaq və biomüxtəliflik tədqiq
ediləcək”.

Teqlər: