Xətaidə heyvan kəsimi və ət satışı yerlərinə baxış keçirilib

Xəbər - Çingiz Səfərli – Trend:

Xətai rayonunda fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərinə baxış keçirilib.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Məlumata görə, yoxlama zamanı Xətai rayonu, M.Rüstəmov küçəsində fəaliyyət göstərən heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb.


Eyni zamanda, Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirilməsi üçün zəruri məlumatlar verilib.

Teqlər: