Xətaidə evdən ahıl qadının meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər
mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, hadisə yerinə cəlb
olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə
qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1941-ci
il təvəllüdlü Məmmədova Səmayə Bədrəddin qızının meyitini aidiyyəti
üzrə təhvil veriblər.

Teqlər: