Minalanmış ərazilərdən metal yığan daha 3 nəfər yaxalandı (FOTO)

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş
tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı
vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq metal
tullantılar toplayan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları Azıx kəndi
ərazisində xidmətdə olan zaman Altay Səfərəliyev, İlkin Məmmədov və
Hümbət Səfərəliyevin idarələrində olan “Ford” markalı avtomobili
nəzarət qaydasına uyğun saxlayıblar. Avtomobilə baxış keçirilən
zaman işğaldan azad edilmiş ərazilərdən qanunsuz olaraq
topladıqları çəkisi 2 ton olan metal tullantılar aşkar edilib.

Faktla bağlı Xocavənd RPŞ-də adıçəkilən şəxslər barəsində
protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə
göndərilib.

Teqlər: